Vüsalə Əlizadə qəzaya düşdü

Teleaparıcı Vüsalə Əlizadə qəzaya düşüb.


"Qafqazinfo"nun məlumatına görə, teleaparıcı bu haqda sosial şəbəkədə məlumat yayıb və bildirib ki, səhər işə gedərkən içərisində olduğu taksi "Kamaz"la toqquşub:

"Bu gün yaxşı başlamadı. Səhər işə gələrkən taksi "Kamaz"la toqquşdu. Hər iki tərəfə ziyan dəydi, şükür canımız salamat qurtardı. Allahım məni sevdiklərimə, balama bağışladı. Çox qorxmuşam. Allah hamının yolunu açıq etsin, qəzadan-bəladan qorusun".

AzNews.az