Minik avtomobili ilə yük maşını toqquşdu- ölən var

Yevlax rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

AzNews.az- ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunun Hürüuşağı kəndində VAZ minik avtomobili ilə "KamAZ" markalı yük avtomobili toqquşub.

FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" markalı minik avtomobilinin sahibi avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxararaq Təcili Tibbi Yardım xidmətinə təhvil verib. "VAZ" markalı minik avtomobilinin sahibi, 1968-ci il təvəllüdlü Mamedov Aslan Məmmədəli oğlu xəstəxanaya aparılarkən yolda vəfat edib. Avtomobildə olan 1 sərnişin isə vətəndaşlar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzNews.az