- Köhnə - Hadisə
- 2 Oktyabr 2014 12:39
- 6 392
Tanınmış azərbaycanlı Qazaxıstanda faciəvi şəkildə öldü
Qazaxıstan Azərbaycanlıları İttifaqı sədrinin Şərqi Qazaxıstan üzrə müavini Qalib Məmmədov dünən Pavladar şəhərində avtomobil qəzası keçirərək dünyasını dəyişib.
AzNews.az-ın məlumatına görə Qazaxıstan Azərbaycanlıları İttifaqının sədri Vidadi Salahov bildirib ki, Qalib Məmmədov Azərbaycan diasporunun formalaşması və təkmilləşməsində, Azərbaycan həqiqətlərinin yayılmasında çox böyük işlər görmüşdü: "56 yaşlı Q.Məmmədovun ürəyi hər zaman Azərbaycan eşqi və məhəbbəti ilə dolu bir diaspora nümayəndəsini itirmək Qazaxıstan Azərbaycanlıları üçün böyük itkidir".
Onun nəşi bu gün Astanadan Bakıya gətiriləcək. Sabah doğulduğu Biləsüvar rayonunda dəfn olunacaq.