- Köhnə - Hadisə
- 3 Oktyabr 2014 18:28
- 3 250
Lerikdə ev yandı
Lerik rayonunda yanğın baş verib.
AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, Lerik rayonu, Barzavu kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 162 kv.m olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları və damına yığılmş 5 ton olan ot bağlamasının 2 tonu yanıb. Evin və ot bağlamasının qalan hisssəsi yanğından mühafizə olunub. Yanğın saat 14:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzNews.az