- Köhnə - Hadisə
- 4 Oktyabr 2014 10:41
- 3 602
Sürücü 10 yaşlı uşağı öldürüb, hadisə yerindən qaçdı
Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Saatlı rayon Polis Şöbəsi yayıb.
Xəbərdə deyilir ki, Saatlı şəhər sakini, 10 yaşlı Adil Heydərov yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücünün isə hadisə yerindən qaçdığı deyilir.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Qeyd edək ki, bu qanlı hadisə ötən gün Saatlı şəhərindən keçən dəmiryol xəttinin yaxınlığında qeydə alınıb.
AzNews.az