- Köhnə - Hadisə
- 5 Oktyabr 2014 16:54
- 3 414
Ermənilər atəşkəsi yenidən pozdu
Cəbhə xəttində atəşkəs yenidən pozulub.
AzNews.az nazirliyin saytına istinadən xəbər verir ki, dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kurapatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
AzNews.az