- Köhnə - Hadisə
- 8 Oktyabr 2014 08:39
- 5 677
Azərbaycanlı girovlar vətənlərində mühakimə olunacaq
Ermənilər girov götürdükləri iki azərbaycanlının məhkəməsini Azərbaycanın Xankəndi şəhərində keçirəcək.
AzNews.az xəbər verir ki, həmyerlilərimizin işi baxılması üçün qondarma qurumun məhkəməsinə göndərilib. Məhkəmə işə yaxın vaxtlarda baxacağını desə də, dəqiq tarix hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov Kəlbəcərə gedərək öz yaxınlarının qəbrlərini ziyarət edən zaman erməni hərbçiləri tərəfindən girov götürülüblər.
Separatçılar Həsən Həsənovu girov götürən zaman qətlə yetiriblər.
Xəyal Əzizov
AzNews.az