- Köhnə - Hadisə
- 8 Oktyabr 2014 09:56
- 5 387
İŞİD-in komandiri fransalı general çıxdı
İraq və Suriyada bir çox şəhərləri ələ keçirən, hazırda isə Suriyanın Kobani şəhəri uğrunda mübarizə aparan İŞİD qruplaşmasına qərb savaş taktikasını fransalı komandirin öyrətdiyi məlum olub.
Qeyd olunan bu şəxs Fransa ordusunun general rütbəsini daşıdığı da üzə çıxıb. İŞİD qruplaşmasına keçən bu generalın ABŞ və İngiltərədə hərbi təhsil aldığı deyilir.
AzNews.az xəbər verir ki, İŞİD-in daxilində olan Avropa kəşfiyat orqanları fransalı generalın əslən ərəb olduğunu bildiriblər. Ərəb dilini çox gözəl bilən bu şəxsin partlayıcılar üzrə mütəxəsis olduğu da təsdiqlənib.
Qeyd edək ki, ABŞ bu generalı öldürmək üçün bir neçə dəfə onun ehtimal olunduğu yerə raket zərbələri endirsə də fransalını öldürmək hələ ki mümkün olmayıb.
Xəyal Əzizov
AzNews.az