- Köhnə - Hadisə
- 10 Oktyabr 2014 14:31
- 1 881
Azərbaycan sülhməramlılarının bir qrupu Bakıya qayıtdı
Azərbaycanın Əfqanıstandakı sülhməramlı hərbçilərinin bir qrupu Bakıya qayıdıb.
AzNews.az xəbər verir ki, bu informasiyanı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 23 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.
AzNews.az