Şağan-Mərdəkan yolunda ağır yol qəzası baş verib Şağan-Mərdəkan yolunda ağır yol qəzası baş verib

Mərdəkan yolunda ağır qəza - 1ölü

Şağan-Mərdəkan yolunda ağır yol qəzası baş verib



Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Ans Press-ə verilən məlumata görə, hadisə Xəzər rayonu Şağan-Mərdəkan yolunda qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Elyar Quliyev idarə etdiyi "Daewoo-Nexia" markalı avtomobili idarəetməni itirərək maneə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Faktla bağlı araşdırma aparılır.