- Köhnə - Hadisə
- 15 Oktyabr 2014 09:08
- 2 146
Bakıda 75 yaşlı kişini maşın öldürdü
Bakının Yasamal rayonunda 75 yaşlı kişini maşın vurub.
AzNews.az xəbər verir ki, bu məlumatı Yasamal Rayon Polis İdarəsi yayıb.
Hadisə Zərdabi prospekti, 87 saylı ünvanın qarşısında baş verib. 1967-ci təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi "Mercedes" markalı "90-GO-582" dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 70-75 yaşlı kişini vurub.
Naməlum piyada 4 saylı təcili tibbi yardım stansiyasının həkim briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, kişi aldığı ciddi xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az