Bakıda intihar hadisəsi baş verib. Bakıda intihar hadisəsi baş verib.

37 yaşlı kişi özünü asdı

Bakıda intihar hadisəsi baş verib.



Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə südçülük sovxozunda qeydə alınıb. Orada yaşayan, əslən Qərbi Azərbaycandan olan 1977-ci il təvəllüdlü Elxan Hüseyn oğlu Hümbətov yarımtikilidə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.