- Köhnə - Hadisə
- 18 Oktyabr 2014 07:07
- 2 058
Ağstafada minik avtomobili dirəyə çırpıldı - Sürücü yaralandı
Ağstafa rayonu, Bakı-Qazax yolunun 455-ci kilometrliyində (rayon mərkəzindən 5 km aralı) “Mercedes” markalı minik avtomobilinin dirəyə çırpılması ilə nəticələnən yol-qəza hadisəsi baş verib.
Aznews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:43-də başa çatıb.