- Köhnə - Hadisə
- 20 Oktyabr 2014 18:49
- 3 925
Cənub bölgəsində çayların səviyyəsi qalxdı- VİDEO
Dünən gecədən rayon ərazisində müşahidə olunan yağıntılı hava şəraiti çaylarda sululuğun artmasına səbəb olub.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Lənkəranda davam edən qeyri-sabit hava şəraiti nəticəsində yağan yağıntılar qeyri bərabər paylanılıb. Yağmurlu havalar əsasən Lənkəran, Astara bölgəsində daha çox müşahidə olunub.
Lənkəran Regional Hidrometeorologiya müəssisəsinin direktoru Cavid Hüseynov ANS PRESS-in bölgə müxbirinə bildirib ki, yağıntının aylıq miqdarı normanın təxminən 20-25 faizini təşkil edir. Bu da öz növbəsində çaylarda suyun səviyyəsinin artmasına səbəb olub.
Lənkərançayda suyun səviyyəsinin qalxması təxminən 160 sm. müşahidə olunur. Digər caylarda isə suyun səviyyəsi 70-80 sm. qədər qalxıb.
Belə yağıntılı havalar Cənub bölgəsinə xas olduğuna görə, çaylarda təhlükəli hal müşahidə olunmur. Yağıntılara gəldikdə isə belə hava şəraitini ayın 21-nə kimi davam edəcəyi bildirilir.