Bakıda hündürmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib. Bakıda hündürmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib.

Bakıda güclü yanğın- Bina sakinlər təxliyə edildi

Bakıda hündürmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib.


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün günorta saatlarında Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, vətandaşa məxsus ümumi sahəsi 70 kv. m olan 3 otaqlı mənzilin 2 otağı, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 38 kv. m sahədə yanıb, digər otaqda olan əşyalar isə yüksək temperaturdan qismən əriyib.

14-cü mərtəbədə isə digər vətandaşa məxsus ümumi sahəsi 70 kv. m olan 3 otaqlı mənzilin pəncərə çərçivələri 8 kv. m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yuxarı mərtəbələrdən 20 nəfər bina sakini təxliyə olunub.

Hər iki mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 13:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.