- Köhnə - Hadisə
- 28 Oktyabr 2014 18:33
- 3 740
İtkin düşmüş balıqçıları Aviasiya dəstəsi axtarır
Oktyabrın 25-də dənizə çıxmış, lakin hələ də geri qayıtmamış balıqçıların axtarışı davam etdirilir.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisindən balıq tutmaq məqsədilə dənizə çıxmış və itkin düşdüyü ehtimal olunan 3 nəfərin axtarışları nazirliyin Aviasiya dəstəsi və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.
Axtarışlar barədə əlavə məlumat veriləcək.