- Köhnə - Hadisə
- 29 Oktyabr 2014 12:44
- 3 209
Qazax sakini yanaraq öldü
Qazaxda yaşayış evində baş verən yanğında bir nəfər ölüb.
AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 24-də Qazax şəhərinin Səməd Vurğun küçəsində Bilal Əşrəfova məxsus evdə yanğın baş verib. Nəticədə 85 kv. m sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarəti alan B.Əşrəfov xəstəxanaya yerləşdirilib və oktyabrın 28-də orada ölüb. Araşdırma aparılır.
AzNews.az