- Köhnə - Hadisə
- 29 Oktyabr 2014 15:54
- 3 322
Tovuzda kütləvi zəhərlənmə
Tovuzda Yusifovlar ailəsi konserviləşdirilmiş pomidor turşusundan zəhərlənib. Hadisə baş verdikdən sonra beşi uşaq olmaqla ailənin yeddi üzvü Tovuz Mərkəzi Xəstəxanasında çatdırılıb.
AzNews.az TTV-yə istinadən xəbər verir ki, zəhərlənənlər ailə başçısı Xəqani Yusifov, həyat yoldaşı Xalidə, qızları 16 yaşlı Ayşə, 14 yaşlı Aygün, 11 yaşlı Aytən, 4 yaşlı Aidə Yusifova və oğlu 9 yaşlı Qismət Yusifovdur. Hadisə ilə bağlı danışan evin xanımı bildirib ki, yedikləri turşunu özü hazırlayıb və turşuya heç bir kimyəvi qatqı əlavə etməyib.
AzNews.az