Xırdalan şəhəri kanalizasiya sularının altında qalıb. İki yaşayış sahəsinin sakinləri arasında baş verən narazılıq şəhərin əsas küçələrindən birində kanalizasiya sularından ibarət gölməçə yaradıb. Xırdalan şəhəri kanalizasiya sularının altında qalıb. İki yaşayış sahəsinin sakinləri arasında baş verən narazılıq şəhərin əsas küçələrindən birində kanalizasiya sularından ibarət gölməçə yaradıb.

Kanalizasiya sularında batan şəhər – Əlbəyaxa dava (Fotolar)

Xırdalan şəhəri kanalizasiya sularının altında qalıb. İki yaşayış sahəsinin sakinləri arasında baş verən narazılıq şəhərin əsas küçələrindən birində kanalizasiya sularından ibarət gölməçə yaradıb.


Sakinlərin AzNews.az-a verdiyi məlumata görə, Xırdalan şəhəri Nizami küçəsi 4-cü döngədə salınan yaşayış massivindəki evlərin kanalizasiya borularının yaxınlıqdakı binanın kanalizasiya xəttinə qoşulması iki tərəf arasında narazılıq yaradıb. Belə ki, bina sakinləri xətlərə güc olduğunu əsas gətirərək, həyət evlərinin onların kanalizasiya borularına birləşdirilməsinin əleyhinə çıxıblar. Ona görə də binanın əməkdaşları sakinlərinin qoşulduğu kanalizasiya xəttini bağlayıb, üzərinə beton töküblər. Yaranan problem bina sakinləri ilə həyət evlərində yaşayanlar arasında ciddi konflikt yaranıb. Hətta iki tərəf dəfələrlə əlbəayaxa davalar da düşüb. Həyət evlərinin sakinləri isə deyir ki, evlərinin rəsmi sənədləri var, hər ay su, kanalizasiya pulu verirlər, hər evə ayrıca kanalizasiya xətti çəkəsi deyillər. Sakinlərin bir-birinə güzəştə getməməsi problemi çıxılmaz həddə gətirib çıxarıb.

Xəttinin qabağı tutulduğundan indi bütün çirkab su həyətlərə axır. Sakinlər evlərinə hasarın üzəri ilə getməyə məcbur olurlar. Massivin sakinləri indi heç bir kanalizasiya sistemindən istifadə edə bilmir.

Dəfələrlə Azərsu ASC-yə, Abşeron Su-Kanal İdarəsinə problemlə bağlı məlumat versələr də, heç bir iş görülməyib.

Abşeron Su Kanal İdarəsinin qaynar xətt mərkəzinin rəisi Fizuli Mehtiyev isə AzNews.az-a açıqlamasında problemin onlara heç bir aidiyyətinin olmadığını deyib:
"Biz ancaq təmir işləri ilə məşğul oluruq. İdarə olaraq kanalizasiya xətlərinin çəkilməsinə baxmırıq. Kimsə boru xətlərini süni şəkildə tutubsa, sakinlər bizə yox hüquq- mühafizə orqanlarına müraciət etsinlər".

İdarə rəsmisi onu da bildirib ki, Prezidentin imzaladığı sərəncama əsasən 2014-2016-ci ilə kimi bütün ərazilərə kanalizasiya xətləri çəkiləcək. Odur ki, sakinlər 2016-ci ilə kimi gözləməli olacaqlar.

Ərazidə çirkab sularından böyük gölməçənin aradan qaldırılması ilə bağlı F.Mehtiyev İdarənin əməkdaşlarının əraziyə göndəriləcəyini söylədi:
"Problemlə bağlı Qəza Bərpa İdarəsinə məlumat veriləcək. Əməkdaşlarımızı əraziyə göndərəcəyik. Əgər bizlik bir iş varsa, çirkab suyunu çəkmək mümkündürsə, suyu çəkib lazımi yerə axıdacayıq".

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə məsələdən xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə mövcud vəziyyətlə bağlı ətraflı məlumat aldıqdan sonra problemin aradan qaldırmağa çalışacaqlar.



















Gültəkin ƏLƏSGƏR
AzNews.az
image description image description image description image description image description image description