“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi iki sessiyadır ki, işlər planına salınsa da gündəliyə çıxarılmayıb. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi iki sessiyadır ki, işlər planına salınsa da gündəliyə çıxarılmayıb.

“Hərbi qanunvericilik sahəsində yeni addımlar gözlənilir” – Zahid Oruc

“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi iki sessiyadır ki, işlər planına salınsa da gündəliyə çıxarılmayıb.


Bu barədə AzNews.az-a millət vəkili Zahid Oruc məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsi üzərində işlər dekabr ayının sonunda yekunlaşa bilər. Deputat onu da bildirib ki, qanun layihəsi Milli Məclisin yaz sessiyasının gündəliyinə çıxarıla bilər:

"Yalnız onu vəd edə bilərəm ki, hərbi qanunvericilik sahəsində yeni addımlar gözlənilir. Bunu müəyyən bilgilərə dayanaraq deyirəm. Buna çox ciddi ehtiyac var. Çünki hərbi qanunvericilik sistemini unifikasiya etmək, yəni bir sənəddə toplamaq lazımdır. Həmçinin, aparıcı ölkələrin, xüsusilə də hərbi islahatı özündə ehtiva edən hüquqi sənədləri daha da güclü şəkildə gətirməyə ehtiyac var. Silahlı qüvvələrin 6 strukturunun və Milli Məclisin müvafiq şöbəsinin əməkdaşlarının təmsil edildiyi İdarələrarası komissiya yaradılıb. Komissiya bir sıra sənədlər üzərində iş aparıb. Əminəm ki, yaz sessiyasında hərbi sistemdə bir sıra yeni qanunları qəbul etmək mümkün olacaq", - deyə Zahid Oruc bildirib.


Gültəkin ƏLƏSGƏR
AzNews.az