Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin qərarının icrası barədə əmr verib. Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin qərarının icrası barədə əmr verib.

Mikayıl Cabbarov- ƏMR İMZALADI

Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin qərarının icrası barədə əmr verib.



Lent.az-ın məlumatına görə, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq və dərs ili iki yarımilə bölünür. Birinci yarımil - 15 sentyabr - 26 yanvar, İkinci yarımil - 1 fevral - 14 iyun tarixlərində müəyyən olunub.

Payız tətili noyabrın 16-dan 20-dək, qış tətili yanvarın 27-dən 31-dək, ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.

Tədris ilinin başlandığını və ümumi təhsil müəssisələrinin tədris planlarının təsdiq olunub həyata keçirildiyini nəzərə alaraq, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliklər 2015-2016-cı dərs ilindən tətbiq olunacaq.

Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları bu əmrin məzmununun ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə çatdırılmasını və valideynlərin bu barədə məlumatlandırılması üçün müvafiq maarifləndirmə işləri aparılmasını təmin edəcəklər.

Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov) ümumtəhsil məktəblərinin 2015-2016-cı dərs ili üçün tədris planlarında bu dəyişikliklərin nəzərə alınmasını təmin etməlidir.