Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub. Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Sərnişin avtobusu qəza törətdi- Ölən var

Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.



Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası bu gün Rizvan Teymurov küçəsi-20 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1938-ci il təvəllüdlü Gülüş Daşdəmir oğlu Mənsimovun idarə etdiyi 10-FU-680 dövlət nömrə nişanlı, "VAZ 21-012" markalı minik avtomobili ilə, 1974-cü il təvəllüdlü Gözəl Novruz oğlu Əhmədovun idarə etdiyi, 212 saylı xətt üzrə hərəkət edən "DAEWOO" markalı sərnişin avtobusu toqquşub. Qəza zamanı ağır bədən xəsarəti alan G. Mənsimov 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.