“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Azadlıq” qəzetini məhkəməyə verir. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Azadlıq” qəzetini məhkəməyə verir.

Rauf Arifoğlu “Azadlıq” qəzetini məhkəməyə verir

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Azadlıq” qəzetini məhkəməyə verir.



Bu barədə Trend-ə açıqlamasında R.Arifoğlu bildirib.

R.Arifoğlu bildirib ki, bu qəzet onu davamlı təhqir etdiyi üçün bu addımı atır: "Əli Kərimli dəfələrlə bizi məhkəməyə, prokurorluğa verib. Mənə qarşı təhqirlər aşırı həddə gəldiyi üçün artıq iddia ərizəsi hazırlatmışam. Biz sabah, ya da birigün "Azadlıq" qəzetini, daha sonra isə məni və valideynlərimi sosial şəbəkələrdə təhqir edən AXCP fəallarını məhkəməyə verəcəyik. Demirlər ki, mən satqınam, Azərbaycan xalqını satmışam, bunları satıb pul almışam? Zəhmət çəkəcəklər, məhkəmədə bunları sübut edəcəklər.

Əgər bu təhqirlər durmasa, söyüş söyən bir sıra AXCP üzvlərinə qarşı xüsusi ittiham qaydasında da iddia qaldıracağıq. Qoy bizə desinlər ki, hakimiyyətin tapşırığı ilə kimlərisə həbs etdirmək istəyirlər. Mən hesab edirəm ki, hakimiyyət mənim sözümə baxan olsaydı, mənim üzərimdə hazırda xüsusi ittiham qaydasında olan iddiaları aradan götürərdi".