- Köhnə - Hadisə
- 6 Fevral 2015 10:21
- 4 902
Ermənilərin yaraladığı qadından xəbər var - Həkimi danışdı
“Tovuz rayonunun Əlibəyli kəndində ermənilər tərəfindən yaralanan 33 yaşlı Xatirə Əliyevanın sağlamlıq durumu yaxşıdır”.
AZNEWS.AZ xəbər verir ki, bu sözləri Tovuz Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Paşa Muradov bildirib.
Onun sözlərinə görə həkimlər Xatirə xanımın qolunda yüngül əməliyyat aparıblar: "Qolundan yaralandığından onun həyatı üçün heç bir təhlükə yoxdur".
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri ötən axşam Tovuz rayonunun sərhədyanı Əlibəyli kəndini iriçaplı silahlardan güclü atəşə tutub. Nəticədə 1982-ci il təvəllüdlü Xatirə Əliyeva ermənilər tərəfindən yaralanıb.
Kənddə, ümumilikdə 100-dək evə ziyan dəyib, bir ev isə yanaraq yararsız hala düşüb.