- Köhnə - Hadisə
- 10 Fevral 2015 15:11
- 4 353
Məhkəmə Əli İnsanovun vəsatətini təmin etdi
Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsi həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun adına “Banque de Luxembourg” bankında olan vəsaitin müsadirə olunması barədə məhkəməyə təqdimat verib.
AzNews.az "AzərTac"-a istinadən xəbər verir ki, həmin təqdimata bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmədə iştirak edən Ə. İnsanovun vəkili Ağaveys Şahverdi "Banque de Luxembourg" bankına yatırılan 1,5 milyon ABŞ dollarının Əli İnsanovun ixtira etdiyi "İnsanovin" dərmanının satışından yığılan vəsait olduğunu qeyd edərək bununla bağlı müvafiq orqanlara sorğular verilməsi, həmçinin Əli İnsanovun işlədiyi dövrdə vergi ödəyicisi kimi dövlət büdcəsinə ödədiyi vergilər barədə Vergilər Nazirliyinə də sorğu göndərilməsi barədə vəsatətlər verib.
Məhkəmə vəsatətləri təmin edib.
Proses davam etdiriləcək.