- Köhnə - Hadisə
- 11 Fevral 2015 12:16
- 2 127
58 yaşlı kişinin mənzildə meyiti tapıldı
Bakıda 1957-ci il təvəllüdlü Osmanov Məhəmməd Eldar oğlunun mənzildə meyiti tapılıb.
AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən Osmanov Məhəmməd Eldar oğlunu huşsuz vəziyyətdə aşkar ediblər.
Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı M. Osmanovun vəfat etdiyi müəyyən olunub.