- Köhnə - Hadisə
- 17 Fevral 2015 10:33
- 3 488
Polisin üzünü şüşə ilə kəsdilər - Bakıda
Bakıda iki qardaş polis əməkdaşına hücum edib.
AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə saat 23:30 radələrində Salamzadə küçəsi 16-da yerləşən Miraj kafesində baş verib.
Gədəbəy rayon sakinləri 1990-cı il təvəllüdlü Zamin Məmmədov və qardaşı 1992-ci il təvəllüdlü Zaməddin ictimai qaydanı pozduğu üçün həmin vaxt xidmətdə olan DİN-nin Çevik Polis Alayının polis serjantı 1984-cü il təvəllüdlü Zaur Vəliyev tərəfindən intizama dəvət edilib.
Qardaşlar polisə müqavimət göstərib, Zaməddin Məmmədov şüşə parçası ilə Z.Vəliyevin sifətini kəsib. Məmmədov qardaşları saxlanılıb. Onların hadisə vaxtı sərxoş olduqları müəyyən edilib.