- Köhnə - Hadisə
- 21 Fevral 2015 12:17
- 4 040
“Naməlum qətli törədən şəxs hələ tapılmayıb” – Polis kapitanı
“Şəmkirin Kür qəsəbəsində bir qadını öldürərək kanala atan naməlum şəxs hələ tapılmayıb”.
AZNEWS.AZ xəbər verir ki, bu sözləri Şəmkir rayon polis şöbəsinin Təzəkənd üzrə polis sahə inspektoru, polis kapitanı İmran Zalov deyib.
Onun sözlərinə görə, bu qətllə bağlı araşdırma davam edir, ancaq hələ müsbət nəticə əldə edilməyib.
Qeyd edək ki, təxminən 15 gün öncə Gəncə şəhərində qeydiyyatda olan "Ayka" ləqəbli bir qadın kapron corabla öldürüldükdən sonra Şəmkirdə Kür qəsəbəsinin yaxınlığındakı kanala atılıb. Şəmkir rayon sakinləri ölən qadının pozğun həyat sürdüyünü deyirlər, ancaq bu haqda dəqiq bilgi əldə edilməyib.
Bu qətlin araşdırılması üçün qadının telefonuna son zəng edənlərin hamısı dindirilir. Verilən məlumata görə, son dəfə qadını dövlət nömrə nişanının ilk rəqəmi 7 olan VAZ 2106 markalı avtomobildə görüblər. Bu üzdən rayon ərazisində belə nömrəli bütün "06"lar saxlanılaraq polis şöbələrinə aparılır.