- Köhnə - Hadisə
- 22 Fevral 2015 19:07
- 4 435
Qar bu kəndi işıqsız qoydu - FOTOLAR
Aramsız yağan qar cənub bölgəsində, xüsusilə Cəlilabadda geniş fəsadlar törədib. AzNews.az xəbər verir ki, rayonun ucqar dağ kəndlərində vəziyyət daha da acınacaqlı olub.
Rayon ərazisində ən çox qar dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən Buravar kəndinə düşüb.Bu kənddə qarın hündürlüyü 1 metrə çatıb. Bu baxımdan kəndi rayon mərkəzi ilə birləşdirən yol bağlanıb.
Kənddə heç bir texnika hərəkət edə bilmir. Əksər rabitə və elektrik xətləri qırılaraq yerə düşüb.
Hazırki saatlara qədər kənd elektrik enerjisiz qalıb. Elektrik xətlərinin qırılması kənddə mobil rabitənin də fəaliyyətini dayandırıb.
Hazırda ətraf aləmdən təcrid olunan kənd sakinləri kömək gözləyirlər.