- Köhnə - Hadisə
- 22 Fevral 2015 09:36
- 4 113
Salyan qəzasında ölənlərin adları açıqlandı - Yenilənib
Ələt-Astara yolunun Salyan rayonu Şorsulu qəsəbəsi ərazisində baş verən dəhşətli yol qəzasında ölənlərin adı məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, fevralın 22-də saat 18.30 radələrində Ələt-Astara yolunun 83-cü kilometrliyində - Salyan rayonunun Şorsulu kəndi ərazisində Lənkəran rayonu Xolmilli kənd sakini, 1958-ci il təvəllüdlü Əliyev Zahid Məmmədağa oğlunun idarə etdiyi "VAZ-2106" markalı, 07-BC-315 dövlət nömrə nişanlı avtomobil Astara rayon sakini, 1979-cu il təvəllüdlü Mirzəyev Elnur Ənvər oğlunun idarə etdiyi MAZ markalı, 10-OR-908 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.
Nəticədə "VAZ-2106 markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər - Lənkəran rayonu Xolmilli kənd sakinləri - 1958-ci il təvəllüdlü Əliyev Talıb Əli oğlu, 1958-ci il təvəllüdlü Əliyev Natiq Hidayət oğlu, 1958-ci il təvəllüdlü Yaqubov Heydər Əhməd oğlu və 1997-ci il təvəllüdlü Abbaszadə Səidə Mübariz qızı hadisə yerində ölüb.
Faktla bağlı BDYPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.
***
22:18
Bu gün axşam saatlarında Salyan rayonunda ağır yol qəzası verib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı FHN-in saytı saytı yayıb.
Məlumatda deyilir ki, Ələt-Astara yolunun 83-cü kilometrliyində - Salyan rayonunun Şorsulu kəndi ərazisində "MAZ" markalı yük avtomobili ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub.
Nəticədə "VAZ 2106" avtomobilində olan 5 nəfər ölüb.
Deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalan 5 nəfərin cəsədi xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.