- Köhnə - Hadisə
- 23 Fevral 2015 13:01
- 4 846
Nadir Qafarzadənin maşınına hücum etdilər - FOTOLAR
Müğənni Nadir Qafarzadənin idarə etdiyi “Lexus” markalı, 90 BS 777 dövlət nömrə nişanlı avtomobilə naməlum şəxslər hücum edib.
Hazırda İsveçrədə olan ifaçı Avtolent.az-a açıqlamasında bildirib ki, "Lexus" markalı avtomobilinin şüşələrini qırıblar: "Mən hazırda Bakıda deyiləm. Ailəmizə yaxın adamlar mənə zəng edib dedilər ki, kimlərsə avtomobilimə hücum edib, maşının şüşələrini qırıq-qırıq ediblər. Bunu eşidib çox əsəbləşdim. Bu olayla bağlı adiyyatı orqanlara məlumat verilib. Hadisənin kimin tərəfindən törədildiyini bilmirəm. Çox güman ki, 1-2 günə məlum olacaq. Hadisə yaşadığım evin həyətində baş verib. Birinci dəfədir ki, belə bir halla rastlaşıram. Məsələ bu yerdə qalmayacaq, hadisəni kim törədibsə tezliklə qanun qarşısında cavab verəcək".