- Köhnə - Hadisə
- 25 Fevral 2015 09:10
- 2 385
Bakıda inzibati binada yanğın oldu
Bakıda dördmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində yanğın olub.
AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, inzibati binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 55 kv.m olan mətbəxində 3 ədəd soyuducu yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.