Bakının Yasamal rayonunun Ələsgər Ələkbərov küçəsində dünən gecə yanan evin Xalq artisti Rəmiş Hüseynovun qardaşı Vaqif Hüseynova məxsus olduğu üzə çıxıb. Bakının Yasamal rayonunun Ələsgər Ələkbərov küçəsində dünən gecə yanan evin Xalq artisti Rəmiş Hüseynovun qardaşı Vaqif Hüseynova məxsus olduğu üzə çıxıb.

“Allahın işidir, neyləmək olar” – Rəmişin həyat yoldaşı

Bakının Yasamal rayonunun Ələsgər Ələkbərov küçəsində dünən gecə yanan evin Xalq artisti Rəmiş Hüseynovun qardaşı Vaqif Hüseynova məxsus olduğu üzə çıxıb.



Tanınmış gitaraçının həyat yoldaşı Gülü Hüseynova AzNews.az-a açıqlamasında qaynının evinin yanması faktını təsdiq edib.

"Biz rayondayıq. Eşitdik ki, qaynımın evi yanıb. Hazırda evin yanma səbəbini bilmirik. Hər halda Allahın işidir, neyləmək olar", - deyə Gülü Hüseynova bildirib.

Qeyd edək ki, Rəmiş Hüseynovun qardaşının evinin yanması xəbərini APA agentliyi yayıb.

Məlumatda deyilir ki, Vaqif Hüseynova məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 2 otağı, dəhlizi və vanna otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. İlkin ehtimala görə, yanğın evdəki kompüterdən başlayıb.

Rəmiş Hüseynov da qardaşının evinin yanmasını təsdiq edib.





Bahar RÜSTƏMLİ
AzNews.az