Mənzildə 70 yaşlı kişinin meyiti tapıldı

Bakıda mənzillərin birində 70 yaşlı kişinin meyiti tapılıb.



AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, ikimərtəbəli fərdi yaşayış evində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Fərdi yaşayış evinə baxış keçirilərkən 1945-ci il təvəllüdlü İbrahimov Arif Zülfəli oğlunun vəfat etdiyi müəyyən olunub.