Bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bakı-Sumqayıt yolunda ağır yol qəzası: piyada öldü

Bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

AzNews.az xəbər verir ki, hadisə Xırdalan qəbristanlığının qarşısında, piyada üçün nəzərdə tutulmuş zolaqda qeydə alınıb.

Yolu keçmək istəyən orta yaşlı bir kişi naməlum avtomobil tərəfindən vurulub. Hadisənin şahidləri deyir ki, kişi dərhal yerindəcə keçinib və meyit tanınmaz hala düşüb.

Avtomobilin hadisə yerindən uzaqlaşdığı deyilir.
Hazırda ərazidə olan polis əməkdaşları hadisənin hansı səbəbdən baş verdiyini araşdırır. Avromobilin tapılması istiqamətində də işlər həyata keçirilir.

Qeyd edək ki, Bakı-Sumqayıt magistral yolunun məhz bu hissəsində piyadaların vurularaq öldürülməsi ilk deyil. Bir neçə ay bundan öncə də məhz qəbristanlığın qarşısında, piyada zolağının üstündə azyaşlı uşaq vurularaq ölmüşdü.
Həmin vaxt uşağın yaxınları etiraz əlaməti olaraq yolu bağlamağa cəhd göstəriblər.