Bakı şəhərində çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus mənzildə yanğın olub. Bakı şəhərində çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus mənzildə yanğın olub.

Bakıda çoxmərtəbəli binada yanğın – 20 nəfər təxliyyə edildi

Bakı şəhərində çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus mənzildə yanğın olub.

AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, ümumi sahəsi 96 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tətəfindən təxliyyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.