Ehtiyatsızlıqdan özünü güllələdi

Ağdaş sakini ov tüfəngi ilə özünü güllələyib.



APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şordəhnə kəndində qeydə alınıb.

1968-ci il təvəllüdlü kənd sakini Əhmədov Arif Ağalar oğlu yaşadığı evdə qoşalülə ov tüfənginə patronları doldurarkən ehtiyatsızlıq edib, qəflətən açılan atəş nəticəsində özünün qarın boşluğu və ayaq nahiyələrindən xəsarət alıb. O, Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək, üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Faktla bağlı araşdırma aparılır.