Xaçmazda gəlirli istirahət “yuvası“ tapıldı

Xaçmaz rayonundakı istirahət mərkəzində əxlaqsızlıq yuvası müəyyən edilib.



Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Müqtədir qəsəbəsinin ərazisində qəsəbə sakini Saleh Şaxov saxlanılıb. Onun işlədiyi "Qrenline" istirahət mərkəzində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.