Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 2015-ci il martın 4-də həyata keçirilən tədbirlərlə "Asiya" İnformasiya Agentliyinin baş redaktoru Cəfər Cəfərov paytaxtın Nizami rayonu ərazisində Masallı rayon sakini Sakit Məcidovdan hədə-qorxu ilə tələb etdiyi külli miqdarda ABŞ dollarını alarkən yaxalanıb. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 2015-ci il martın 4-də həyata keçirilən tədbirlərlə "Asiya" İnformasiya Agentliyinin baş redaktoru Cəfər Cəfərov paytaxtın Nizami rayonu ərazisində Masallı rayon sakini Sakit Məcidovdan hədə-qorxu ilə tələb etdiyi külli miqdarda ABŞ dollarını alarkən yaxalanıb.

Baş redaktor hədə-qorxu ilə pul alarkən tutuldu- Rəsmi

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 2015-ci il martın 4-də həyata keçirilən tədbirlərlə "Asiya" İnformasiya Agentliyinin baş redaktoru Cəfər Cəfərov paytaxtın Nizami rayonu ərazisində Masallı rayon sakini Sakit Məcidovdan hədə-qorxu ilə tələb etdiyi külli miqdarda ABŞ dollarını alarkən yaxalanıb.




Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən AZNews.az-a daxil olan məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, C.Cəfərov tanışları Sevinc Məmmədsalayeva, Fatmaxanım Qasımova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olub vətəndaşlardan şantaj yolu ilə pul tələb ediblər. Onlar bu niyyətlə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birində zərərçəkənlə görüşüblər. Onda qadınlarla bir yerdə olarkən gizli çəkilmiş fotoşəkillərinin və səs yazısının olduğunu bildirən dırnaqarası baş redaktor rüsvayedici materialları kütləvi informasiya vasitələrində yayacağı hədəsi ilə 5000 manat tələb edib.

Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb və onlar həbs ediliblər.

Hazırda cinayətin digər iştirakçılarının müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.