Bakı şəhərində üçmərtəbəli yaşayış binasında yanğın olub. Bakı şəhərində üçmərtəbəli yaşayış binasında yanğın olub.

Bakıda ev yandı

Bakı şəhərində üçmərtəbəli yaşayış binasında yanğın olub.



AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 48 kv. m olan ikiotaqlı və digər vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb.


Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyyə olunub.

Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.