Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobili piyadanı öldürüb. Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobili piyadanı öldürüb.

Avtomobil piyadanı öldürdü

Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobili piyadanı öldürüb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Maştağa qəsəbə sakini Vasif Abışov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Nərgiz Nəcəfovanı vurub.

Nəticədə piyada hadisə yerində ölüb.


Hazırda Sabunçu RPİ tərəfindən araşdırma aparılır.