Hacıqabulda ölümlə nəticələnən yanğın hadisəsinin təfərrüatları məlum olub. Hacıqabulda ölümlə nəticələnən yanğın hadisəsinin təfərrüatları məlum olub.

Ruhi xəstə evində yanaraq öldü- Hacıqabulda + FOTOLAR (YENİLƏNİB)

Hacıqabulda ölümlə nəticələnən yanğın hadisəsinin təfərrüatları məlum olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Hacıqabul Yanğından Mühafizə Xidmətindən (YMX) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, yanğının baş verdiyi və ümumi sahəsi 100 kv.m olan birmərtəbəli fərdi yaşayış evinə təbii qaz fasilələrlə verilib.

Evdə tək olan 1962-ci il təvəllüdlü Kazımov Afiq Nadir oğlunun alışqandan istifadə etməsi nəticəsində yanğın baş verib.

Hadisə nəticəsində dünyasını dəyişən A. Kazımovun ruhi xəstə olduğu bildirilir.




***
18:48



Hacıqabul rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Hacıqabul Yanğından Mühafizə Xidmətindən (YMX) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Hacıqabul şəhəri Mirzə Baxış Nədim küçəsi 4 ünvanında fərdi yaşayış evində qeydə alınıb.

Yanğın zamanı 1962-ci il təvəllüdlü Kazımov Afiq Nadir oğlu yanaraq ölüb.