Astarada zəlzələ oldu

Astara rayonunda zəlzələ baş verib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.

Məlumatda deyilir ki, yerli vaxtla saat 04:42:35-də Astaradan 13 km cənubi-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Zəlzələ yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.