Bakının Xəzər rayonunda döyüş sursatı tapılıb. Bakının Xəzər rayonunda döyüş sursatı tapılıb.

Bakıda döyüş sursatı tapıldı

Bakının Xəzər rayonunda döyüş sursatı tapılıb.



AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursata baxış keçiriblər.

İstifadəyə yararlı olan 1-ədəd F-1 markalı əl qumbarası aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.