- Köhnə - Hadisə
- 13 Mart 2015 13:35
- 3 210
Avtomobil oğrusu tutuldu
Bakı şəhərində avtomobil oğrusu tutulub.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Dekabrın 4-də Paşa Umudova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, oğurluq Bakı şəhər sakini Ramiz Kərimzadə tərəfindən törədilib.
O, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nərimanov RPİ və Xətai RPİ əməkdaşları tərəfindən ələ keçirilib.