Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Hərbçilərimiz beynəlxalq tədbirlərə qatılacaq

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Martın 16-dan 20-dək Zalsburq şəhərində (Avstriya) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı çərçivəsində qiymətləndiricilər üçün təlim kursu, Helsinki şəhərində (Finlandiya) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı üzrə quru qoşunları döyüş hazırlığının qiymətləndirilməsi kursu, martın 18-dən 20-dək isə Minsk şəhərində (Belarusiya) beynəlxalq hümanitar hüququn tətbiqi üzrə 5-ci regional seminar keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.