Məhkəmə İntiqam Əliyevin vəsatətini təmin etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.



AzNews.az Lent.az-a istinadən xəbər verir ki, prosesdə İntiqam Əliyev iclasa sədrlik edən hakim Rasim Sadıqovun sədrliyinə etiraz edib. Digər iki hakim müşavirəyə gedərək etirazı təmin etməyib.

Bundan sonra vəkillər vəsatətlə çıxış edərək, iş üzrə sənədlərin prokurorluq orqanından onlara qaytarılmasını istəyib. Hakimlər yerində müşavirə edərək vəsatəti təmin edib. Məhkəmə prosesi martın 31-də davam edəcək.


Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) , 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.