Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Xəzər” Universitetinin rektorunun qızı Ülkər İsayevanı döyməkdə adı hallanan Elin Məmmədovun avtoxuliqanlıq hərəkətləri etməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Xəzər” Universitetinin rektorunun qızı Ülkər İsayevanı döyməkdə adı hallanan Elin Məmmədovun avtoxuliqanlıq hərəkətləri etməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib.

Ülkər İsayevanı döyən cərimə olundu – 11 min 600 manat

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Xəzər” Universitetinin rektorunun qızı Ülkər İsayevanı döyməkdə adı hallanan Elin Məmmədovun avtoxuliqanlıq hərəkətləri etməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib.



Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun AzNews.az-a verdiyi məlumata görə, sürücü Elin Məmmədov idarə etdiyi "Bentley" markalı, 90 KU 050 dövlət nömrə nişanlı avtomobillə müxtəlif qayda pozuntuları törətdiyi üçün 2014-cü ilin avqustunda 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib. Sözügedən şəxsin barəsində müvafiq tədbirlər görülüb.

V. Əsədovun sözlərinə görə, E. Məmmədovun 94 MMX radarı olub. Buna görə Elin Məmmədov 11 min 600 manat miqdarında cərimə olunub.

Qeyd edək ki, AzNews.az Zaur və Elin Məmmədov qardaşlarının idarə etdiyi avtomobillərlə tez-tez qayda pozuntularına yol verdikləri ilə bağlı informasiya vermişdi. Məlumatda bildirilir ki, təkcə ötən il bu avtomobilin qeydə alınan radarlarının, kobud qayda pozuntularının sayı 200-dən çoxdur.Hazırda həmin avtomobil cərimələrin ödənilməməsinə görə axtarışdadır.

Avtomobilin texniki pasportu Elin Məmmədovun adınadır. Amma həmin avtomobili təkcə Elin və ya onun qardaşı Zaur idarə etmir. Elin avtomobili həm də etibarnamə ilə atası – Məmmədov Muxtar Şirinoviçə verib.

AzNews.az