Azərbaycanda 2 ev yandı

Azərbaycanda bu gecə iki ev yanıb.



AZNEWS.AZ xəbər verir ki, ilk yanğın hadisəsi Abşeron rayonunun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.


İkinci yanğın isə Lənkəran rayon mərkəzindən 9 km aralıda yerləşən Lüvəsər kəndində baş verib.

Vətəndaşa məxsus umumi sahəsi 240 kv.m olan ikimərtəbəli 4 otaqdan ibarət evin 2 otağı, aynabəndin yanar konsturuksiyaları, ev əşyaları və dam örtüyü 180 kv.m sahədə yanıb.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.