Zaqatalada baş verən yol qəzasında bir nəfər xəsarət alıb. Zaqatalada baş verən yol qəzasında bir nəfər xəsarət alıb.

Zaqatalada yol qəzası - Xəsarət alan var (FOTO)

Zaqatalada baş verən yol qəzasında bir nəfər xəsarət alıb.



Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

1987-ci il təvəllüdlü, Zaqatala rayonu Mamrıx kənd sakini Mübarək Nəriman oğlu Şabanov idarə etdiyi "VAZ 21014" markalı, 62 BF 256 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə hərəkət edən, 1969-cu il təvəllüdlü Qax rayon sakini Yaşar Ramiz oğlu Paşayevin idarə etdiyi "Sprinter" markalı 99 GU 634 dövlət nömrə nişanlı xırda tutumlu yük maşınını arxadan vurub. Qəzadan sonra Yaşar Paşayevin idarə etdiyi yük maşını yolun kənarına aşıb. Mübarək Şabanovun idarə etdiyi minik avtomobili isə yolun kənarındakı kolluğa girib. Qəza nəticəsində yük avtomobilinin sürücüsü xəsarət almasa da, minik avtomobilinin sürücüsü Mübarək Şabanov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, yol qəzası nəticəsində xəstəxanaya daxil olan Mübarək Şabanova qapalı kəllə-beyn travması və alın nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.